Filippinin Qabacan şəhərində 9 müsəlman qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, polisin yaydığı açıqlamada şəhər mərkəzində bir motosiklet qrupununun saxlanılaraq gülləbaran edildiyi bildirilib.
Səkkiz nəfər hadisə yerində, bir nəfər isə aparıldığı xəstəxanada həyatını itirib. Polis olayın terror aktı olmadığı, anlaşılmazlıqdan baş verdiyini iddia edib.