Fransanın paytaxtı Parisdə qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə qoyulmuş abidə (Komitas) təhqir edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.
Ermənistan səfirliyi Parisdəki Komitas Vardapet abidəsinin təhqir edilməsini kəskin şəkildə qınadığını bildirib.
Abidənin üzərindəki təhqiramiz ifadələrin kimlər tərəfindən yazıldığı məlum deyil.