2 Sentyabr 2020 12:51
2 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyisti adasına hərbi qüvvə göndərən Yunanıstanla Türkiyə arasında gərginlik davam edir. Hərbi mütəxəssislər Egey dənizindəki adaları hərbiləşdirən Afinanın Ankaranı savaşa təhrik etdiyini bildirirlər.

Teleqraf.com xəbər verir ki, türk mediası yunan hökumətinin Egey dənizindəki bəzi adalarda və Meyistidəki status-kvonu öz lehinə dəyişdirməyə cəhd etdiyini yazır.

Mütəxəssislər hesab edirlər ki, Yunanıstanın Lozanna (1923) və Paris (1947) müqavilələrindəki üstünlükləri Türkiyəni yaxınlığındakı adaları itirmək riski ilə üz-üzə qoya bilər. Lakin hərbi mütəxəssislər Yunanıstanın Antalyadan 2 mil məsafədə yerləşən Meyisti və Ayvalıkdan 5 mil məsafədəki Saqqız adalarını türk ordusundan müdafiə edə bilməyəcəyini də iddia edirlər.

Professor Mustafa Sıtkı Bilgin Türkiyə yaxınlığındakı adaların hərbiləşdirilməsinin Lozanna və Paris anlaşmalarına uyğun gəlmədiyini söyləyib: “Bu adalarda hərbi qüvvə saxlanıla bilməz. Əlbəttə, Türkiyənin Yunanıstanın təhrikedici addımlarına qarşı hərbi və diplomatik seçimləri var. Bu məsələni BMT, beynəlxalq məhkəmə və NATO-da müzakirə edə, eyni zamanda Yunanıstana ultimatum verilə bilər”.

Professor Türkiyənin Yunanıstanın həmlələrinə qarşı strateji müdafiə mövqeyində dayandığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər