3 Sentyabr 2020 17:57
2 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə münasibətlərdəki aktual məsələlərin həllini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə BelTA məlumat verib.

Onun sözlərinə görə, iki aydır iki ölkə arasında intensiv danışıqlar davam edir. Lukaşenko bununla yanaşı ölkədəki prezident seçkilərindən əvvəl də Rusiya lideri Vladimir Putinlə razılaşdığını söyləyib.

Lukaşenko qeyd edib ki, ikitərəfli münasibətlər məsələsi müxalifətin anti-Rusiya hücumları fonunda daha çox gündəmə gəlir. Əmindir ki, baş verən son proseslər hər iki ölkə üçün bir dərs olub.

Lukaşenko Putinlə növbəti görüşü zamanı Rusiya və Belarusun nəhayətlərini göstərəcəyini də söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər