Şərqi Aralıq dənizində Türkiyə ilə gərginlik yaşayan Yunanıstan məsələni Avropa Birliyində (AB) müzakirəyə çıxarmaqla Ankaranı çətin duruma salmaq niyyətindədir. Hazırda Afinanın rəsmi siyasəti sentyabrın 24-25-də AB liderlərinin zirvə toplantısına yönəlib.
Teleqraf.com xəbər verir ki, Yunanıstan Fransa ilə birlikdə Türkiyəyə qarşı AB-nin sanksiyalar tətbiq etməsinə nail olmağa çalışır. Amma AB ölkələrində bununla bağlı vahid mövqe olmadığından Afinanın bu planlarının alt-üst olması ehtimalı var.
Diplomatik qaynaqlardan əldə edilən informasiyalara görə, Fransa bir sıra ölkələrə təzyiq göstərməklə Ankaraya qarşı sanksiyaların qəbuluna nail olsa da, bunun Türkiyəyə ciddi təsir göstərməyəcəyi, sadəcə simvolik məna daşıyacağı bildirilir.
İspaniya və İtaliya kimi Aralıq dənizi ölkələrinin, habelə şimali və şərqi Avropa dövlətlərinin Türkiyəyə qarşı sanksiya qərarını dəstəkləmədiklərinə işarə edən qaynaqlar AB-nin dönəm sədri Almaniyanın Breksit, Çinlə əlaqələr, Rusiya və Belarus gərginliyi, həmçinin pandemiyanın iqtisadiyyata ciddi təsirlərinin gündəmdə olduğu bir mərhələdə Türkiyə ilə əlavə gərginlik yaşamaq istəmir.
Xüsusilə qeyd olunur ki, AB ötən il Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyəti səbəbindən məhdud təsirli sanksiya tətbiq edib, ancaq uğurlu nəticə əldə olunmayıb. İndi yeni sanksiya qərarının verilməsi Ankara-Brüssel əlaqələrinə ciddi təsir göstərəcək, xüsusilə qaçqınlar, ticarət əlaqələri və təhlükəsizlik sahələrində əməkdaşlığa ciddi zərbə olacaq.
Artıq Şərqi Aralıq dənizində gərginliyi azaltmaq üçün Türkiyə-Yunanıstan hərbi heyətlərinin bu gün NATO qərargahında bir araya gələcəyi gözlənilir. NATO-nun Hərbi Komitə Xidmətinin Brüsseldə təşkil edəcəyi toplantıda “Ayrılma Metodları” müzakirə olunacaq.
Bu ara bəlli olub ki, MED7 kimi tanınan, əslində Türkiyəyə qarşı şər qüvvə sayılan Fransa, İtalya, İspaniya, Polşa, Malta, Cənubu Kipr və Yunanıstan bu gün Korsika adasında bir araya gələcək.
Toplantıda əsas müzakirə mövzusu Avropa Birliyi ilə Türkiyə münasibətləri mövzusunda 24-25 sentyabrda keçiriləcək toplantıya dəstək olmaqdır.