12 Sentyabr 2020 21:39
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ərəb ölkəsinin İsraillə münasibətlərini normallaşdırmaq üçün razılıq əldə etməsi müsəlman dövlətlərinə öz milli maraqlarını fələstinlilərin maraqlarından üstün tutmasına imkan verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin baş müşaviri Cared Kuşner bəyan edib.

Birləşmiş Ərəb Əmirliklərinin ardınca Bəhreynin İsraillə saziş imzalaması məlum olduqdan sonra Kuşner İsrailin Qüdsdəki Məscidi-Əqsanı bütün müsəlmanların ziyarət etməsinə icazə vermək öhdəliyi daşıdığını vurğulayıb:

“Bu, müsəlman dünyasında gərginliyi azaldacaq və insanlara Fələstin məsələsini öz milli maraqlarından və öz daxili prioritetləri üzərində cəmləşdirilməli olan xarici siyasətlərindən ayırmalarına imkan verəcək”.

Trmampən kürəkəni daha sonra qeyd edib ki, bu razılaşmalar sayəsində dünyadakı bütün müsəlmanlar BƏƏ və ya Bəhreyn vasitəsilə İsrailə gedə biləcək. “Bu insanlar Məscidi-Əqsanı ziyarət edə, “Facebook” və “Instagram”dakı dostlarına onun açıq olduğunu, İsrailin onların dininə hörmət etdiyini göstərə biləcəklər.

Bizim Bəhreynlə BƏƏ-dən fərqli münasibətimiz var. Onlar hər ikisi çox özünəməxsus və unikaldır... Söhbət regionu irəli aparmaqdan gedir”.

Kuşnerin sözlərinə görə, ABŞ krallıqda hərbi varlığını gücləndirməyə davam edəcək.


Müəllif: Səxavət