Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçi şəhərinə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə “BELTA” agentliyi məlumat yayıb.
Belarus liderinin təyyarəsinin hava limanına endiyi bildirilir.
Dövlət başçılarının danışıqları təkbətək formatda keçiriləcək.
Kremlin mətbuat xidmətindən qeyd edildiyi kimi, görüşdə Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinin əsas məsələləri qaldırılacaq.