İraqın sünni din alimləri Amerika ilə əməkdaşlığın haram olduğunu buyurublar.
Teleqraf.com xəbər verir ki, İraqın sünni alimi Mahmud Əl-Səmidi Amerikanın İraqa hərbi müdaxiləsinin qəbuledilməz olduğunu bildirib.
“Müsəlmanların din alimləri” tərəfindən verilmiş bəyanatda amerikalılar və digər əcnəbi qüvvələrlə hər cür əməkdaşlıq haram elan olunub.
Əl-Səmidi İraq xalqına müraciət edərək hamını İŞİD-ə qarşı mübarizəyə çağırıb.