14 Oktyabr 2014 13:05
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kataloniya regional hakimiyyəti noyabr ayına təyin olunmuş müstəqillik referendumunun keçirilməsindən imtina edib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Kataloniya prezidentinin nümayəndəsi mətbuat konfransında izahat veriləcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl mərkəzi hökümət noyabrın 9-da keçiriləcək referendumun konstitusiyaya zidd hərəkət kimi qiymətləndirildiyi barədə xəbərdarlıq edib. Buna baxmayaraq Kataloniya rəsmiləri referendum keçirmək fikrində olduqlarını qeyd ediblər.

Samir


Müəllif: