“Şimal Axını-2” qaz kəmərindən imtina halında, Berlin Rusiyaya 10 milyard avro cərimə ödəməli olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya parlamentinin (Bundestaq) deputatı Valdemar Herdt açıqlama verib.
O, rəsmi Berlinin belə bir qərarından ən ağır zərbənin almanlara dəyəcəyini söyləyib. Bu halda ölkədə istilik və elektrik enerjisinin qiymətlərinin 20% artacağına diqqət çəkib.
Əlavə olaraq, Almaniya üçün Alternativ partiyasının üzvlərindən birinin fikrincə, qaz kəmərinin inşasının dayandırılması, Almaniyanın enerji təhlükəsizliyini təhlükə altına qoyacaq, çünki ölkə kömür istehsalını ekoloji cəhətdən təmiz enerji mənbələrinin xeyrinə azaldır.
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin üzvü Sergey Tsekov da bildirib ki, “Şimal Axını 2”-dən imtina etmək Avropaya baha başa gələcək.