Liviyada Rusiyanın Vaqner təhlükəsizlik şirkətinə bağlı muzdlu döyüşçüləri daşıyan helikopeter qəzaya düşüb.
Teleqraf.com xəbər verir ki, hadisə Liviyanın Sukne bölgəsində baş verib.
Liviya ordusunun generalı Əbdülhadi Dırah mətbuata deyib ki, Vaqner döyüşçülərini daşıyan helikopter Cufra hərbi hava bazasının yaxınlarında, səhər saatlarında qəzaya uğrayıb.
Helikopterdə olan silah-sursatın partladığını deyən general hadisə haqqında əlavə məlumat verməyib.