İraq və Suriyada “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizə aparan Amerika döyüş təyyarələrinin hava hücumları uğursuz olub.
Teleqraf.com radikal.com-a istinadən xəbər verir ki, bunu ABŞ Baş Qərargah rəisi Martin Dempsey etiraf edib. Onun sözlərinə görə, ABŞ Prezidenti Barak Obamanın İraq və Suriyada terror həyata keçirən İŞİD-i zəiflətmək və məhv etmək təklifləri ilə yaradılan koalisiya qüvvələrinin apardığı hava hücumları təsirsiz olub: “Bombardman başladığından bu yana İŞİD taktika dəyişdirməyə davam etməklə koalisiya qüvələrinə vəzifələrin müəyyən olunmasını əngəlləyir. Hesabatlara görə, döyüş təyyarələrindən yalnız 10 faizi əməliyyatlarda iştirak edir”.
Dempsey İŞİD-in paytaxt Bağdada çox yaxınlaşdığını da söyləyib: “İŞİD Bağdadı ələ keçirmək üçün cəhdlər edir. Ancaq onlar kənar məhəllələrə sızmaqla şəhər mərkəzinə doğru irəliləyir. Əsas diqqət Bağdad hava limanına yönəlib. Onlar limanının 20-25 kilometr yaxınlığına qədər gəlib. O hava limanına ehtiyacımız var. Hava limanını düşmən əlinə vermək olmaz”.
Baş Qərargah rəisi Obamaya İraqa quru qoşunlarının göndərilməsi təklifini də edəcəyini bildirib. Həmçinin o Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bufer zona məsələsinin yaxın zamanlarda nəzərdə tutulmadığında da diqqət çəkib.
Samir