Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları oktyabrın sonunda nəzərdən keçirəcək.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Avropa İttifaqı üzrə Nümayəndəliyinin rəhbəri Viqaudas Uşatskas bildirib. Onun sözlərinə görə, bu zamanı tərəflərin Minsk razılaşmalarına nə dərəcədə əməl etdiyi müzakirə ediləcək. Bundan sonra sanksiyaların qismən və ya tamamilə ləğv ediləcəyi qərarı qəbul ediləcək.
O bildirib ki, əsas məqsəd Ukraynanın şərqində vəziyyətin stabilləşdirilməsi və qoşunların bölgədən çıxarılmasıdır.
Samir