26 Sentyabr 2020 01:36
2 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin dünya ölkələrinə bir-birinə qarşı kiberhücumdan imtina etmək barədə qlobal razılığa gəlmək təklifini irəli sürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıqla bağlı Rusiya-ABŞ əməkdaşlığı haqqında bəyanatında qeyd olunub.

“ABŞ da daxil olmaqla, bütün ölkələrə müraciət edərək bir-birinə qarşı informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə dövlətlərin birinci zərbə endirməsi ilə bağlı siyasi öhdəlik qəbul etməsi haqqında qlobal razılığa gəlməyi təklif edirəm”, - deyə bəyanatda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər