Mexikodan şimal-qərbdəki Quanaxuato ştatında axtarış bölmələri insan meyitlərinin olduğu səkkiz gizli qəbir tapıblar.
Teleqraf.com xəbər verir ki, səkkiz qəbirdə təxminən 100 cəsədin olduğu 20 kisə aşkar edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Meksikanın Quanaxuato ştatı qəsdən adamöldürmə cinayətlərinin sayına görə ölkədə liderdir. Təhlükəsizlik Nazirliyinin məlumatına görə, 2020-ci ilin yanvarından avqustuna qədər burada 3 mindən çox insan öldürülüb.