15 Oktyabr 2014 03:09
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 16-dan 21-dək ABŞ-ın Yeni Orlean şəhərində illik “Supercomputing Conference” (SC14) konfransı keçiriləcək. Tədbirdə super hesablamalar sahəsində ən son nailiyyətlər nümayiş oluncaq. Eyni zamanda, dünyanın ən sürətli “SCinet” kompyuter şəbəkəsinin tikintisinə razılıq veriləcək.

Teleqraf.com-un məlumatına görə, buraxılış qabiliyyəti 1 terabit/saniyə təşkil edəcək şəbəkənin layihələndirilməsinə dünyanın müxtəlif guşələrinin mütəxəssisləri cəlb olunacaq. Sərgi mərkəzində 145 kilometr optik-lif kabel çəkiləcək. Şəbəkənin tikilməsinə və ən müasir avadanlığın alınmasına 20 milyon dollardan çox vəsait xərclənəcək.

Xüsusiləşdirilmiş proqram təminatı real vaxt rejimində sərgi iştirakçılarına müxtəlif seqmentlərin yüklənməsini və şəbəkənin digər parametrlərini nümayiş etdirəcək. Layihəyə akademiya, dövlət təşkilatları və digər sahələr daxil olmaqla 58 təşkilatdan 110 könüllü cəlb olunub.

Şəbəkə eyni anda doqquz yüz yüksəkkeyfiyyətli sıxılmamış video rolikin yayımını təmin edəcək.


Müəllif:

Oxşar xəbərlər