15 Oktyabr 2020 11:45
3 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Dövlət Televiziyasından adının çəkilməsini istəməyən bir səlahiyyətli şəxs BƏƏ mətbuatına açıqlamasında Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı məlumatların dərc edilməməsinin tövsiyə edildiyini deyib.

Teleqraf.com xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Məlumatda Misir mediasına bu barədə təlimatın ölkə başçısı Əbdalfəttah əl-Sisi tərəfindən verildiyi bildirilib.

Adı açıqlanmaması şərti ilə “The New Khaleej” saytına danışan rəsmi şəxs söyləyib: “Yeni strategiya Liviya və Aralıq dənizinin şərqindəki durumla bağlı davam edən anlaşmadan irəli gəlir”.

Tövsiyələrin həm dövlət, həm də özəl media qurumlarına yazılı deyil, şifahi şəkildə çatdırıldığı iddia edilib.

Xəbərdə Prezident Rəcən Tayyib Ərdoğanın avqust ayında etdiyi çıxışa yer verilib:

“Misir rəhbərliyi öz kəşfiyyatı vasitəsilə bizim kəşfiyyat qurumlarımıza başqa şeylər söyləyir. Anlaşmazlıqlar olduğunu söyləyir, bu anlaşılmazlıqların düzəldilməsinin bizə faydalı olacağını deyir. Şübhəsiz ki, kəşfiyyat qurumlarımız Misir kəşfiyyatı ilə danışıqlarını davam etdirir”.

Ərdoğan bu açıqlamanı Yunanıstan və Misir arasında əldə edilmiş razılaşmadan sonra vermişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər