Ötən gün Güney Azərbaycanın Təbriz şəhərində keçirilən aksiyada 60 nəfər saxlanılıb.
Teleqraf.com-a bu barədə Güney Azərbaycandan olan milli fəallar məlumat verilib.
Məlumatda saxlanılanlardan 10 nəfərinin qadın olduğu bildirilib. Fəalların harada saxlanılması barədə ailələrinə məlumat verilməyib.
20 gün əvvəl Ərdəbil şəhərində keçirilən mitinqdə saxlanılan milli fəallardan da xəbər yoxdur. İranın hüquq-mühafizə orqanları bu barədə heç bir açıqlama vermir.
Əlavə edək ki, ötən gün Güney Azərbaycanın Təbriz və digər şəhərlərində işğal edilmiş Dağlıq Qarabağda hərbi əməliyyatları davam etdirən Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Etirazçılar Ermənistan rəhbərliyindən işğal etdiyi Azərbaycan ərazilərindəki hərbi qüvvələrin çıxarılmasını tələb ediblər. Eyni zamanda, İran hakimiyyətindən əməliyyatların davam etdiyi dövrdə ölkə ərazilərindən işğalçıya silah daşınılmasını dayandırmaq tələb olunub.