“Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi əməliyyatına hər cür dəstəyi verməyə davam edəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu gün səhər qardaşım Əliyevlə danışdım (Azərbaycan Prezidenti nəzərdə tutulur-red.). Hazırda azərbaycanlı qardaşlarımız işğal altındakı torpaqlara doğru irəliləyirlər. Geri almağa başlayıblar. Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi əməliyyatına hər cür dəstəyi verməyə davam edəcəyik”, - Ərdoğan bildirib.