9 Noyabr 2020 22:51
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp ölkənin müdafiə naziri Mark Esperi vəzifədən çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti özünün tvitter hesabında yazıb.

Müdafiə nazirinə xidmətinə görə təşəkkür edən Prezident Tramp əlavə edib ki, ölkənin yeni müdafiə naziri postuna Terrorla Milli Mübarizə Mərkəzinin direktoru Kristopher Millerin namizədliyini irəli sürüb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ mediası son prezident seçkilərindən sonra Prezident Trampın müdafiə naziri, Mərkəzi Kəşfiyyat Xidmətinin rəhbəri və Federal Təhqiqatlar Bürosunun direktorunu vəzifələrindən uzaqlaşdıracağını yazmışdı.


Müəllif: Cavad

Oxşar xəbərlər