13 Noyabr 2020 15:58
2 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq dövlət katibi və prezidentliyə keçmiş namizəd Hillari Klintonun ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edilməsi məsələsi Co Baydenin qərargahında nəzərdən keçirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır ki, bununla da Bayden seçkilərin yekun nəticəsinə əsasən qalib gələcəyi təqdirdə, bu vəzifənin onun administrasiyasındakı əhəmiyyətini vurğulamış olacaq.

Daha əvvəl “The New York Times” qəzeti Bayden administrasiyasındakı ABŞ Dövlət Departamentinə Birləşmiş Ştatların Rusiyadakı keçmiş səfiri Vilyam Börnsin rəhbərlik edə biləcəyini yazmışdı.

Noyabrın 7-də CNN, AP, NBC və Fox News da daxil olmaqla bir sıra KİV-lər Baydenin ABŞ prezidenti seçkilərindəki qələbəsini elan edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər