Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 93 nəfər dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 11 326 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 3 045 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 407 939 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 010 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 348 804 nəfər təşkil edir.