ABŞ-da qadın müəllim və qız tələbənin davasını əks etdirən görüntülər son günlər baxış sayına görə rekord qırır.
Teleqraf.com xəbər verir ki, hadisə ABŞ-ın Merilend ştatında baş verib. Baltimor şəhərindəki Karver Texniki və Peşə Liseyində sınaq imtahanı zamanı cib telefonu ilə danışan qız tələbəni xəbərdarlıq edən müəllim gözləmədiyi bir reaksiya ilə qarşılaşıb.
Sinifdə başlayan mübahisə dəhlizdə davaya çevrilib. Əlbəyaxa olan müəllim və tələbəni ayırmaq isə asan olmayıb.
Məktəb rəhbərliyi hadisə ilə bağlı istintağa başlayıb.
Samir