Rusiya Prezidenti Vladimir Putin BRİKS zirvəsində çıxış edərək, Dağlıq Qarabağda atəşkəsə dair razılaşmanın davam etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Rusiya lideri bölgədə vəziyyətin sabitləşdiyini deyib.
Dövlət başçısı əldə olunmuş razılaşmanın bölgədə Bakı və İrəvanın maraqları naminə ədalətli həllə şərait yaratdığına diqqət çəkib:
“Razılaşmalara hörmət edilməsi vacibdir. Hərbi əməliyyatlar tamamilə dayandırıldı, vəziyyət sabitləşdi. Beləliklə, böhranın uzunmüddətli və genişmiqyaslı həlli üçün həm Azərbaycan, həm də erməni xalqlarının mənafeyi naminə ədalətli əsasda şərait yaradıldı”.
Putin Rusiya tərəfinin münaqişənin həlli üçün fəal səy göstərdiyini və bölgədəki atəşkəs razılaşmasının Moskvanın vasitəçiliyi ilə imzalandığını xatırladıb.