ABŞ prezidenti Donald Trampın eyni adlı oğlu koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Qeyd edilir ki, kiçik Donald Tramp özünü təcrid edib.
Mənbənin məlumatına görə, bu ötən həftə baş verib. Kiçik Trampın təmsilçiləri bildirib ki, onda koronavirusun əlamətləri müşahidə edilmir.
Kiçik Tramp atasının "Trump Organization" şirkətinin vitse-prezidentlərindən biridir.
Xatırladaq ki, okyabrın 2-də ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melanya Trampda da COVID-19 aşkarlanıb.