Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı əməliyyat bölgəsinə (“Sülh Çeşməsi”) girməyə cəhd göstərən 4 terroru zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Sabitlik və təhlükəsizliyi pozmaq üçün “Sülh Çeşməsi” bölgəsinə girməyə cəhd göstərən 4 PKK/YPG terrorçusu bölmələrimizin uğurlu müdaxiləsi ilə zərərsizləşdirilib”, - açıqlamada qeyd edilib.