Meksikanın cənubunda yerləşən Guerrero əyalətində hökm sürən Trudi qasırğası torpaq sürüşməsi və selə səbəb olub.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, təbbi fəlakət nəticəsində 6 nəfərin həyatını itirdiyi bildirilir.
Qasırğa səbəbi ilə 36 bölgədə fövqəladə vəziyyət elan edilib. Təxminən 4 min insanın evakuasiya edilərək təhlükəsiz bölgələrdə qurulan çadırlarda məskunlaşdırıldığı qeyd edilir..
Samir