Ukrayna Xarici işlər naziri Dmitri Kuleba NATO-ya üzv dövlətləri Beynəlxalq Krım Platformasına qatılmağa dəvət edib.
Teleqraf.com xəbər verir ki, Kuleba ölkəsinin NATO Xarici İşlər Nazirlərinin Zirvəsinə dəvət edilməsinin alyansdan Ukraynaya verilən dəstəyin davam etməsi mesajı olduğunu deyib.
Nazir zirvədə NATO-ya üzv ölkələri Krım Platformasına qatılmağa dəvət etdiyini bildirərək, bir çox üzv dövlətin xarici işlər nazirlərinin öz çıxışlarında bu məsələyə diqqət etdiklərini vurğulayıb.
Kuleba Krım məsələsini beynəlxalq gündəmə çıxarmaq üçün Krım Platformasının gələn ilin may ayında fəaliyyətə başlayacağını açıqlayıb.