Estoniya Prezidenti Kersti Kalyulayd özünütəcrid rejiminə keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb. Kalyulayd bildirib ki, dekabrın 1-də koronaviruslu xəstə ilə təmasda olduğu üçün bu qərarı alıb.
“Koronavirus xəstəsi ilə təmasda olduğum üçün səhiyyə idarəsinin təlimatına əsasən özümü təcrid etməliyəm”, - deyə estoniyalı dövlət başçısı bildirib.