20 Oktyabr 2014 15:57
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının liderinin kamerası təmir edilib.

Teleqraf.com xəbər verir ki, Kürdüstan Fəhlə Partiyası (PKK) terror təşkilatının lideri Abdulla Öcalanın həbsdə saxlanıldığı kamera 5 aylıq təmirdən sonra təhvil verilib.

Türkiyənin "Hürriyet" qəzetinin yayadığı məlumata əsasən, Öcalanın hazırda qaldığı kamera bir yataq otağı, bir iş otağı, vanna otağı və həyətdən ibarətdir. Qapalı məkanın ümumi sahəsi isə 20 kvadratmetrdir.

Xatırladaq ki, bir müddət əvvəl Öcalanın ev dustaqlığına göndəriləcəyi və ya başqa bir həbsxanaya keçiriləcəyi güman edilirdi.

Öcalan Mərmərə dənizindəki İmralı adasından ölkənin şimal-qərbində yerləşən Bursa vilayətindəki həbsxanaya köçürüləcəyi barədə xəbərlər vardı. Bu addımın isə son vaxtlar Türkiyədə kürd probleminin demokratik həlli üzrə tədbirlər çərçivəsində həyata keçiriləcəyi bildirilirdi. Ancaq prezident Rəcəb Tayyib Ərdoğan isə açıqlamasında bu söz-söhbətlərə son qoyub: "Yayılan məlumatlar yanlışdı. Biz sadəcə qanunlar çərçivəsində həbsxanalardakı şəraiti yaxşılaşdıra bilərik. Bundan artığını gözləmək əbəsdir. Heç kimə də xüsusi villa tikməyəcəyik ki? Edə biləcəyimiz hər şeyi etmişik".

Xatırladaq ki, PKK lideri Abdulla Öcalan 1999-cu il fevralın 15-də Keniyada həbs edilərək Mərmərə dənizindəki İmralı adasındakı həbsxanaya yerləşdirilib. Öcalan əvvəlcə ölüm cəzasına məhkum edilmişdi. Daha sonra bu cəza ömürlük həbs cəzası ilə əvəz edildi.

Dəniz Əliyeva


Müəllif: