7 Dekabr 2020 15:34
5 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim Ermənistan torpaqlarında gözümüz yoxdur.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

Beynəlxalq Universitetlər Şurası və Ağdəniz Universiteti tərəfindən təşkil edilən konfransda Mövlud Çavuşoğlu deyib ki, hazırda bölgədə başladılan münasibətlərin normallaşdırılması prosesi erməni xalqına da fayda gətirəcək:

“Dolayısıyla, biz ədalətli paylaşımdan yanayıq. Normal olaraq hüquqi baxımdan da güclüyük və bu gücdən qarşıdakı dövrdə hamının xeyrinə istifadə etməyə davam edəcəyik”.

Mövlud Çavuşoğlu Türkiyənin bütün çağırışlarının Şərqi Aralıq dənizinə məxsus sərvətlərin ədalətlə bölüşdürülüməsindən, bölgənin sülh, sabitlik və rifah bölgəsi olmasını təmin etməkdən ibarət olduğunu söyləyib.

Türkiyənin baş diplomatı Prezident Rəcəb Tayyib Ərdoğanın bu səbəbdən Avropa İttifaqına ortaq konfrans keçirmək təklifi verdiyini bildirib:

“Yalnız Şərqi Aralıq dənizi və bütün Aralıq dənizi sahili ölkələrinin deyil, həm də bu bölgədə şirkətləri olan ölkələrin də iştirakını təklif etdik. İndi Avropa İttifaqı ilə bu proses üzərində işləyirik. Sonucda biz hər yola baş vurmağı bilirik, meydanda və masada gücümüz var. Ancaq Şərqi Aralıq dənizi və Liviya meydanında və masada çox güclüyük deyib “hamısını biz istəyirik” yanaşmasında da deyilik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər