Kanada Senatı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin müstəqil dövlət kimi tanınması təklifini rədd edib.
Teleqraf.com xəbər verir ki, Kanada Senatının iclasında təklif verən Mühafizəkarlar Partiyasının yunan əsilli Kvebek ştatının senatoru Leo Housakosun təklifi Senatın əksəriyyəti tərəfindən qəbul edilməyib.
Housakos Türkiyə və Azərbaycanın “Dağlıq Qarabağa təcavüzü”nün Kanada hökuməti tərəfindən qınanması, Türkiyəyə hərbi texnika ixracanının birdəfəlik dayandırması və Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması istəklərini irəli sürüb.
Senatın Baş Assambleyasında keçirilən səsvermədə 53 senator bu təklifə “yox” deyib, lehinə səs verənlərin sayı isə 16 olub. Səsvermədə 5 senator “bitərəf” olub.
Qeyd edək ki, ötən həftə Fransa parlamenti qalmaqallı bir qərar qəbul edib və beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olan Dağlıq Qarabağın “müstəqil dövlət olaraq təcili olaraq tanınması” layihəsini qəbul edib.