20 Oktyabr 2014 18:52
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Ukrayna qaz böhranını müvəqqəti həll edəcək "qış paketi" mövzusunda razılaşıblar.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko açıqlayıb. Onun sözlərinə görə, ancaq Kiyevin Rusiyaya olan borcunu ödəməsi üçün beynəlxalq dəstəyə ehtiyacı var: “Biz razılığa gəlmişik. Martın 1-ə qədər min kubmetr üçün 385 dollar ödəmə edəcəyik. Ancaq Ukraynanın Rusiyaya olan borcu ödəyəcək nağd pulu yoxdur”.

Poroşenko Ukraynanın qaz qəbulu üçün lazım olan pulu tapmaq məcburiyyətində olduğunu ifadə edib: “Borc ödənilmədiyi təqdirdə Rusiya Ukraynaya qaz ixrac etməyəcək. Rusiya, Ukrayna və Avropa Birliyi rəsmiləri oktyabrın 21-də Brüsseldə problemin həlli üçün bir araya gələcək”.

Samir


Müəllif:

Oxşar xəbərlər