Çeçenistanda son sutka ərzində 5-ci dəfə zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, 2.9 bal gücündə son təkanlar Moskva vaxtilə saat 16:36-da qeydə alınıb. Zəlzələnin episentri Urus-Martan bölgəsində yerləşir.
Xatırladaq ki, birinci zəlzələ gecə saatlarında 5,6 bal gücündə baş verib.