21 Oktyabr 2014 01:06
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ebola" virusuna qarşı mübarizənin səmərəliliyini təmin etmək və epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə Avropa üzrə xüsusi koordinator fəaliyyət göstərəcək. Bu barədə qərar Avropa İttifaqına üzv ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən toplantısında qəbul olunub.

Məsləhətləmələrdən sonra Fransanın xarici işlər naziri Laurent Fabiusun mətbuata bildirib ki, yaxın günlərdə koordinatorun səlahiyyətləri və vəzifələri müəyyən ediləcək. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Qərbi Afrikada tüğyan edən Ebola virusuna indiyədək 9200 nəfər yoluxub, onlardan 4550 nəfər vəfat edib.

Epidemiyanın ən çox yayıldığı Liberiya, Qvineya və Fil Dişi Sahili kimi ölkələr daxili imkanlar hesabına virusun yayılmasının qarşısını almaq gücündə deyillər.

Buna görə də Avropa ölkələrindən böhran regionuna yardımların və könüllü tibbi heyətlərin göndərilməsinin əlaqələndirilməsi, həmin regiondan Avropaya gələn təyyarə reysləri ilə bağlı hava limanlarında yoxlamaların gücləndirilməsi və digər məsələlər üçün vahid mərkəzdən işin aparılması tələbatı yaranıb.


Müəllif:

Oxşar xəbərlər