14 Dekabr 2020 13:14
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları sülhməramlı qüvvələrin məsuliyyət zonasında mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirir.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, rus sülhməramlılar Xankəndi hava limanı ərazisinin mühəndis kəşfiyyatını və minalardan təmizlənməsini həyata keçirib.

Partlayıcı maddələrin axtarışı ev yol hissələri və və hava limanına bitişik ərazilərdə aparılıb.

Gün ərzində 8 hektara yaxın ərazi, 7 kilometr yol örtüyü və 50 mənzildə 51 ədəd partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Ümumilikdə ərazidəki mühəndis bölmələri indiyə qədər 155 hektardan çox ərazini, 38 kilometrdən çox yolu, 375 yaşayış evini təmizləyib, 4811 partlayıcı maddə aşkar edərək zərərsizləşdirib.

Əlavə edilib ki, aşkarlanan partlayıcı maddələr və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılaraq zərərsizləşdirilir. Ərazidən götürülməsi mümkün olmayan partlayıcılar isə təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerində məhv edilir.


Müəllif: Cavad

Oxşar xəbərlər