20 Dekabr 2020 15:09
2 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Beynəlxalq İnsan Həmrəyliyi Günü ilə bağlı sosial mediada paylaşımı maraqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, Çavuşoğlu Türkiyənin yeni tip koronavirusla mübarizə çərçivəsində dünyanın ən səxavətli ölkəsi kimi infeksiyaya yoluxan insanlara kömək etdiyini vurğulayıb.

O, Prezident Rəcəb Tayyib Ərdoğanın "Mədəniyyət imkan deyil, vicdan məsələsidir" ifadəsinin də yer aldığı çarxı Tvitterdə paylaşıb.

Çavuşoğlu bildirib ki, Türkiyə köməyə ehtiyacı olan insanların səsi olmağa davam edib.

Qeyd edək ki, BMT Baş Məclisi 2005-ci il dekabrın 22-də Beynəlxalq İnsan Həmrəyliyi Gününün elan olunması haqqında qətnamə qəbul edib. Qətnamə Minilliyin Bəyannaməsi əsasında hazırlanıb. Bəyannamədə deyilir ki, həmrəylik XXI əsrdə beynəlxalq münasibətlərin əsasını təşkil etməli olan fundamental və universal bəşəri dəyərlərdən biridir.


Müəllif: Teleqraf.com