YPG/PKK terror təşkilatları Türkiyə və Suriya Milli Ordusunun keçən il terrorçulardan təmizlədiyi Rəsulayna hücuma keçib.
Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, YPG / PKK son hücumları Ayn İsa xəttindən bölgəyə sızan terrorçuları sayəsində həyata keçirib.
Artıq Ayn İsa bölgəsinin uzun müddət qanqrenə çevrilən YPG/ PKK-nın hücumlarının mərkəzində olduğu bildirilib. Son bir neçə həftədir bölgədə kiçikmiqyaslı toqquşmaların davam etdiyi vaxt Suriya Milli Ordusu gecə saatlarında bölgəyə yeni qüvvələr göndərib.
Türkiyə tərəfindən dəstəklənən Suriya Milli Ordusu hərbi əməliyyatların yaxın zamanda başlayacağını açıqlayıb.
Bundan başqa, Suriya Milli Ordusu Ayn İsa yaxınlığındakı Tina əl-Cərid kəndini YPG/PKK terror təşkilatından qurtardığını bildirib. Tina əl-Cərid kəndinin xilas edilməsindən sonra dünən gecədən bəri bölgədə YPG/PKK-dan xilas edilən kəndlərin sayı üçə çatıb.