Rusiya tarixində ilk dəfə olaraq Xəzər flotiliyası 2021-ci ildə dəniz aviasiya birləşmələri ilə möhkəmləndiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu RİA-Novosti-yə açıqlamasında Cənub Hərbi Dairəsinin komandanı, ordu generalı Aleksandr Dvornikov bildirib.
“Qarşıdan gələn 2021-ci ildə Cənub Hərbi Dairəsi döyüş potensialını artırmağa davam edəcək. Xəzər flotiliyasının tərkibinə dəniz aviasiya birləşmləri daxil olacaq”, – deyə o qeyd edib.
A.Dvornikov, həmçinin hərbi dairənin qoşunlarına təyyarələr, vertolyotlar, gəmilər, tanklar, yeni idarəetmə və rabitə vasitələri də daxil olmaqla üç minə yaxın yeni və modernləşdirilmiş silah, hərbi və xüsusi texnika daxil edildiyini söyləyib. General Cənub Hərbi Dairəsində müasir silah növlərinin payının ümumilikdə 70%-ə çatdığını vurğulayıb.