23 Dekabr 2020 11:21
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Pyui-de-Dom departamentində üç polis öldürülüb, biri isə yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Prokurorluğuna istinadən “France Info” məlumat yayıb.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum polislərin evlərdən birinin damına sığınan qadını xilas etmək üçün gəldikləri zaman 48 yaşlı kişi tərəfindən edilib.

"BFM" TV qeyd edir ki, polislər evə yaxınlaşdıqda cani atəş açıb, nəticədə bir əməkdaş həlak olub, digəri yaralanıb. Cani bundan az sonra binanı yandırıb, nəticədə digər iki polis də ölüb.


Müəllif: Səxavət

Oxşar xəbərlər