“Nə ABŞ-ın sanksiyaları, nə Avropa Birliyinin sanksiya təhdidlər, nə yunanların təhrikedici davranışları, nə fransızların təzyiqləri, nə də ermənilərin hiylələri Türkiyəni yolundan döndərə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı deyib.
Bağçalı hakim Ədalət və İnkişaf Partiyası (AKP) və MHP arasında qurulmuş Cümhur İttifaqının davam edəcəyini söyləyib:
“Millət qərarını verib, pərdə enib. Prezident idarətetmə sistemi Türkiyənin gələcəyidir. Cümhur İttifaqı qətiyyətlə yoluna davam edəcək. Dənizdən keçdik, dərədə boğulmayacağıq”.
Türkiyəyə edilən xarici təzyiqlər və təhdidlərə toxunan MHP lideri vurğulayıb:
“Nə ABŞ-ın sanksiyaları, nə Avropa Birliyinin sanksiya təhdidləri, nə FETÖ-nün oyunları, nə PKK-nın qanlı əməlləri, nə yunanların təhrikedici davranışları, nə fransızların təzyiqləri, nə də ermənilərin tələləri bizi yolumuzdan qaytara bilər, bunların heç biri bizə təsir edə bilməz”.