25 Dekabr 2020 08:45
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalinin paytaxtı Moqadişuda silahlı hücum nəticəsində iki polis əməkdaşı və bir dinc sakin həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Hücumun hansı qruplaşma tərəfindən törədildiyi açıqlanmır.

Son günlər Somalidə prezident Məhəmməd Abdulla tərəfindən təyin edilmiş Mərkəzi Seçki Komissiyasının üzvlərinə qarşı sui qəsdlər törədilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər