21 Oktyabr 2014 22:57
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Heç bir Polşa siyasətçisi digər ölkənin ərazisinin bölüşdürülməsi kimi biabırçı hərəkətlərdə iştirak edə bilməz”.

Teleqraf.com-un məlumatına görə, bunu Polşanın Baş naziri Yeva Kopaç söyləyib. O, Polşanın keçmiş Xarici İşlər naziri Radislav Sikorskinin təklifinin doğru olduğu halda qalmaqal yaradacığını deyib.

Qeyd edək ki, Radoslav Sikorski Kremlin Ukraynanın bölüşdürülmə planını 6 il öncə hazırladığını iddia edib. Onun sözlərinə görə, Rusiya bu vaxta qədər işğal edəcəyi əraziləri tam müəyyənləşdirmədiyi üçün işğal gecikib. İşğalda isə adı keçən ərazilər Zaporojye, Dnepropetrovsk və Odessadır. Donbas Kremlin əsas hədəfi deyil.

O, həmçinin Putinin Polşanın Baş nazirinə də Ukraynanın parçalanması ilə bağlı təklif irəli sürdüyünü söyləyib. Sikorski Polşaya bunun üçün Lvov şəhərinin təklif edildiyini deyib.


Müəllif:

Oxşar xəbərlər