29 Dekabr 2020 13:41
18 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

11:35

İraqdakı hökumət və şiə qruplaşmaları arasındakı gərginlikdən sonra Baş nazir Mustafa əl-Kazıminin başçılıq etdiyi nümayəndə heyəti İrana gəlib.

Teleqraf.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Bağdaddakı gərginlikdən sonra İraq nümayəndə heyətinin Tehrana gəldiyini söyləyib.

Məlumata görə, yanvarın 3-də öldürülən “Qüds” briqadasının komandanı Qasım Süleymaninin ildönümü yaxınlaşdıqca İraqda gərginlik artır. Son vaxtlar İran tərəfindən silahlı şiə qruplaşmalarının ABŞ-ın hərbi-siyasi strukturlarını hədəf almasından sonra bölgədə hərbi fəallıq hiss olunur. ABŞ-ın hava, dəniz və dəniz piyadaları birliklərinin ölkə üzərindəki patrul uçuşlarının həyəcan səviyyəsində artırıldığı qeyd edilib. Dünən İraq hava məkanında ABŞ-a məxsus 4 təyyarənin göründüyü iddia olunub.

“Defence Blog” saytına görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bir rəsmisi İranın dəstəklədiyi şiə qruplaşmalarının hücuma hazırlaşması barədə məlumat verib.

Pentaqondan CNN-ə verilən açıqlamada da, vəziyyətin narahat olduğu və şiə qruplaşmasının hücuma hazırlaşması haqda məlumat əldə edildiyi bildirilib.

ABŞ son vaxtlar Körfəz bölgəsindəki hərbi fəaliyyətini artırıb. Pentaqon bölgəyə “B-52” bombardmançı təyyarələri və nüvə sualtı gəmiləri göndərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər