30 Dekabr 2020 19:00
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Co Baydenin prezidentliyi dövründə ABŞ-ın Yaxın Şərq və Qafqaz siyasəti Donald Trampın siyasətindən tamamilə fərqli olacaq. Baydenin siyasəti faktiki olaraq Barak Obamanın siyasətinin davamı olacaq, Yaxın Şərq siyasəti tamamilə dəyişəcək. Tramp bir çox dəbilqələri darmadağın etdi, bir sıra səhvlərə yol verdi. Ona görə də Yaxın Şərq ABŞ-dan xeyli uzaqlaşmalı oldu.

Bu fikirləri Teleqraf.com-a politoloq Rüstəm Məmmədov Co Baydenin prezidentliyi dövründə ABŞ-ın Yaxın Şərq və Qafqaz siyasəti haqqında danışarkən deyib.

Politoloq hesab edir ki, əslində Azərbaycan üçün Bayden və ya Trampın həyata keçirdiyi siyasət arasında heç bir fərq yoxdur: “Hər ikisi daha çox öz marağını əsas götürəcək, istədiyini etmək haqqında düşünəcək. ABŞ heç bir ölkə ilə hesablaşmır. Bu mənada bizim kimi ölkələr üçün Beyden ilə Trampın arasında ciddi fərq olmayacaq”.

Rüstəm Məmmədov qeyd edib ki, Baydenin daha çox ermənipərəst olduğu haqda fikirlər sələnsə də, əslində ABŞ-da siyasətçilərin ermənipərəst olması seçkilər zamanı qabardılır: “Artıq orada seçki başa çatıb. Deməli ermənipərəstlik də qurtardı. ABŞ-da milyondan çox erməni var və çalışırlar onların səsini əldə etsinlər”.

Bununla belə politoloq düşünür ki, Barak Obamanın siyasəti çox keyfiyyətsiz siyasət olub: “Obama əslində əsas siyasətini Rusiya və Yaxın Şərqlə bağlı qururdu. Yaxın Şərqdə ABŞ maraqlarını qorumaq üçün genişlənmək və Rusiyanı düşmən obrazından çıxarıb dost etmək məqsədi güdürdü. Baydenin hədəfində isə daha çox İran və Çin olacaq. Rusiya ilə ehtiyatlı davranacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər