Rusiyanın energetika naziri Aleksandr Novak yay aylarında Ukrayna üçün qazın qiyməti ilə bağlı müzakirələrin gələn ilin mart-aprel aylarında aparıla biləcəyini açıqlayıb.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, Novak Ukrayna-Rusiya-Avropa İttifaqı arasında dünən keçirilən və uzun sürən danışıqlardan sonra bu açıqlama ilə çıxış edib.
Jurnalistlərin suallarını cavablandıran Novak bildirib ki, danışıülar zamanı "yay zərfi müzakirə edilməyib".
"Hazırkı müqaviləni yekunlaşdırmaq, mart-aprel aylarında isə yay zərfinə qayıtmaq lazımdır", - Novak deyib.
Nihad