1 Yanvar 2021 16:08
2 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İn Yeni il çıxışı etməyib, xalqa məktub ünvanlamaqla kifayətlənib.

Teleqraf.com xəbər verir ki, məktubun mətni Şimali Koreyanın rəsmi dövlət agentliyi (CTAC) tərəfindən dərc edilib.

“Bütün qəlbimlə ölkənin bütün ailələrinə dəyərli xoşbəxtlik, sevilən insanlara firavanlıq diləyirəm”, - Çen İn məktubunda yazıb.

Ayrıca, Şimali Koreya xalqının ideallarına və istəklərinə yaxınlaşması üçün daha güclü mübarizə aparacağına söz verib.

Şimali Koreyada Yeni il paytaxt Pxenyanın mərkəzi meydanında televiziyalarda yayımlanan və atəşfəşanlıqla başa çatan bayram konserti ilə qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər