Gürcüstanda COVID-19 virusundan ölənlərin ümumi sayı 2528-ə çatıb. Koronavirusa yoluxanların ümumi sayı isə 228 min 410 nəfər təşkil edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilir.
Bildirilir ki, təkcə son sutka ərzində daha 990 nəfərdə koronavirus təsdiqlənib. Bununla belə 3 min 265 nəfər müalicə olunaraq sağalıb, 23 pasiyent isə pandemiyanın qurbanı olub.
Hazırda 415 nəfər karantin zonalarında, 4664 nəfər stasionar nəzarətdədir. Xəstəliyi yüngül formada keçirən 858 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.