2 Yanvar 2021 13:52
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Daxili İşlər Nazirliyi dini istismar edən terror təşkilatlarının Yeni ildə hərəkət etməsi ehtimalına qarşı 20-31 dekabr tarixlərində 33 əyalətdə əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, əməliyyat nəticəsndə 106 Türkiyə və 161 xarici ölkə vətəndaşı olmaqla ümumilikdə 267 nəfər nəzarətə alınıb.

Əməliyyat zamanı 3 ədəd tüfəng, 3 ədəd tapança və 776 ədəd fişəng götürülüb. Eyni zamanda 2 kiloqram partlayıcı maddə, çoxlu sayda rəqəmsal və şəbəkə sənədləri ələ keçirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər