Rusiyanın paytaxtı Moskvada “Stalin Dönər” adlı bufet açıldığı günün ertəsi bağlanıb.
Teleqraf.com xəbər verir ki, bufet işçiləri keçmiş sovet rəhbəri İosif Stalinin dövrünün kəşfiyyat xidmətinə xas yaşıl forma geyinirlərmiş.
Rusiya mətbuatının məlumatına görə, təhlükəsizlik qüvvələri “Stalin Dönər”ə gələrək bufetin adını dəyişdirməyi və Stalinin portretini bufetdən götürməyi tələb edib.
Bufetin rəhbəri personalın təhdidlər səbəbindən işi tərk etdiklərini və dönərxananın açılışdan bir gün sonra bağlandığını bildirib.